İsrail Müdafiə Qüvvələrinin (IFD) Livanın Bekaa şəhərinə gecə endirdiyi zərbələr nəticəsində "Hizbullah" hərəkatının gizli silah istehsalı obyekti vurulub.
“İki sahil” xəbər verir ki, bu barədə IDF məlumat yayıb.
"Hizbullah"ın Tir rayonundakı digər infrastruktur obyektləri də atəşə məruz qalıb.
IDF qeyd edir ki, mülki əhaliyə dəyən zərəri minimuma endirmək üçün təxliyə xəbərdarlıqları əvvəlcədən verilib.
Bundan başqa, zərbələr yüksək dəqiqlikli sursat və müşahidə vasitələrindən istifadə edilməklə endirilib.