23 may 2026 01:44
106

Fransanın keçmiş baş naziri prezident seçkisində namizədliyini irəli sürüb

Fransanın sabiq baş naziri Qabriel Attal 2027-ci ildə keçiriləcək prezident seçkisində namizəd olacağını açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə BFM TV məlumat yayıb.

Qeyd edək ki, o, prezident Emmanuel Makron tərəfindən yaradılan "Renessans" partiyasının baş katibidir. Makronun prezidentlik müddəti 2027-ci ilin mayında başa çatır və o, artıq iki müddət vəzifədə olduğu üçün yenidən namizəd ola bilməz.

Məlumata görə, Attalın reytinqi hazırda aşağıdır və sorğulara əsasən, ilk turda o, təxminən 11.5% səs toplaya bilər.