22 may 2026 23:41
116

Özbəkistan Mərkəzi Bankı ilə maliyyə hesabatlılığı sahəsində qabaqcıl beynəlxalq təcrübə müzakirə edilib

Özbəkistan Respublikası Mərkəzi Bankının nümayəndə heyəti Mərkəzi Bankda işgüzar səfərdə olub.

Mərkəzi Bankdan “İki sahil”ə bildirilib ki, səfər çərçivəsində keçirilən görüşlərdə tərəflər arasında maliyyə hesabatlılığı, mühasibat uçotu, büdcə planlaşdırılması və idarəedilməsinin avtomatlaşdırılması istiqamətləri üzrə interaktiv təqdimatlar nümayiş etdirilib, qarşılıqlı məlumat mübadiləsi aparılıb.

Görüşlərdə, həmçinin maliyyə hesabatlılığı sahəsində qabaqcıl beynəlxalq təcrübə, bank əməliyyat sistemində avtomatlaşdırılmış uçotun tətbiqi, mövcud çağırışlar və ikitərəfli maraq doğuran digər aktual məsələlər ətraflı müzakirə olunub.