ABŞ Prezidenti Donald Tramp bildirib ki, Federal Ehtiyat Sisteminin (FES) yeni sədri Kevin Uorş dövlət başçısından da asılı olmayacaq dərəcədə tamamilə müstəqil olmalıdır.
“İki sahil” xəbər verir ki, o, bunu Ağ Evdə nizamlayıcının yeni rəhbərinin andiçmə mərasimində deyib.
D.Trampın sözlərinə görə, FES rəhbəri yalnız öz işini görməyə diqqət yetirməli və siyasi liderliyə tabe olmamalıdır.
Daha əvvəl ABŞ lideri əvvəlki FES rəhbəri Jerom Pauellin siyasətini tənqid edərək, əsas faiz dərəcəsinin aşağı salınmasının zəruriliyini bildirib.
Pakistan ordusunun komandanı İranla ABŞ arasında vasitəçilik etmək üçün Tehrana gəlib
Fransada kibertəhlükələr və şəxsi məlumat sızmaları rekord həddə çatıb: CNIL nəzarəti gücləndirir