22 may 2026 20:58
131

Marko Rubio və Hakan Fidan arasında görüş olub

ABŞ Dövlət katibi Marko Rubio bu gün NATO Xarici İşlər Nazirlərinin toplantısı çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

“İki sahil” xəbər verir ki, tərəflər Ankarada keçiriləcək NATO Zirvə Toplantısı ilə bağlı məsələləri, müdafiə xərclərinin artırılmasının və müdafiə istehsalını genişləndirməyin vacibliyini müzakirə ediblər. Onlar, həmçinin Hörmüz boğazının açılması və regional sabitlik barədə danışıblar.