22 may 2026 20:50
121

Yağıntılı hava mayın 25-i axşamadək davam edəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında qeyri-sabit, yağıntılı hava şəraitinin mayın 25-i axşamadək davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı, yağıntıların qısa müddətə güclənəcəyi ehtimalı var.

İki sahil” yazır ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.