21 may 2026 16:39
100

WUF13 tədbiri çərçivəsində qida təhlükəsizliyinə nəzarət: "AQTA hara baxır?" - VİDEO

Beynəlxalq tədbirlər zamanı qida təhlükəsizliyinə sistemli nəzarət iştirakçıların sağlamlığının qorunması və etibarlı mühitin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. “İki sahil” xəbər verir ki, “AQTA hara baxır?” layihəsinin yeni buraxılışında beynəlxalq tədbirlər zamanı qida təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən nəzarət tədbirlərindən bəhs olunur. 

Materialda WUF13 tədbiri zamanı AQTA əməkdaşlarının iş prosesi nümayiş etdirilir. Tədbirin keçirildiyi əsas məkan olan Bakı Olimpiya Stadionu ərazisində aparılan monitorinqlər, qida məhsullarının yoxlanılması və nümunələrin götürülməsi mərhələləri əks olunur. Eyni zamanda AQTİ-nin səyyar laboratoriyalarında aparılan çevik və dəqiq analiz prosesi də izləyicilərə təqdim edilir.