21 may 2026 16:20
97

Merdokun oğlu yeni MEDİA İMPERİYASI YARADIR

Avstraliyalı media maqnatı Rupert Merdokun kiçik oğlu Ceyms Merdok rəqəmsal media qrupu Vox Media-nın bir neçə aktivini əldə etməyə razılıq verib.

“İki sahil” "Reuters"ə istinadla xəbər verir ki, müqavilənin dəyəri 300 milyon dollardan çoxdur.

Merdokun media holdinq şirkəti olan Lupa Systems, mədəniyyət, siyasət və moda mövzularını işıqlandırması ilə tanınan "New York Magazine", "Vox.com" xəbər veb saytı və "Vox Media" podkast şəbəkəsini əhatə edəcək. Müqavilə ilə tanış olan mənbələrə görə, "Vox"un podkast bölməsi "New York Magazine"dən xeyli yüksək qiymətləndirilib. Hədəf auditoriyasına çatma əhatə dairəsi kabel xəbər şəbəkələri ilə müqayisə edilə bilər ki, bu da "Vox Media"nı reklamçılar üçün xüsusilə cəlbedici edir.

Bir neçə il əvvəl Merdok atası ilə redaksiya siyasəti və ailə media imperiyasının gələcək nəzarəti ilə bağlı mübahisəyə girib və nəşriyyat bölməsinin direktorlar şurasından istefa verib.

2025-ci ildə Rupert Murdochun ailəsi onun çoxmilyardlıq aktivlərinin varislər arasında bölünməsi ilə bağlı razılıq əldə olunduğunu açıqlamışdı. Orta oğlu və əsas varisi Lachlan Murdoch əsas biznesi əldə edib, digər övladların hər birinə isə 1,1 milyard dollar ödənilməsi nəzərdə tutulub.