Mayın 20-də Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Masallı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Şəhərsalma və Memarlıq” ili çərçivəsində “Əbədi və sarsılmaz müstəqilliyimiz” mövzusunda görüş təşkil etmişdir.
“İki sahil” xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Görüşü YAP Masallı rayon təşkilatının sədr müavini Səfalı Paşayev Dövlət Müstəqilliyi günü münasibəti ilə tədbir iştirakçılarını təbrik etmiş, 15 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu” haqda ətraflı məlumat vermişdir.
Səfalı Paşayev 28 May tarixini Azərbaycan xalqının milli kimliyini tapdığı gün kimi qiymətləndirib. O, cümhuriyyət yaranana kimi xalqımızın keçdiyi tarixi yoldan, Azərbaycanın olduqca mürəkkəb şəraitdə öz müstəqilliyini elan etməsinin böyük cəsarət tələb etdiyini vurğulayıb. “1918-ci il 28 may təkcə Azərbaycanın tarixində deyil, bütün müsəlman aləmində və türk dünyasında xüsusi bir gündür. İlk növbədə, müsəlman Şərqində və türk dünyasında ilk Demokratik Respublikanı yaratmaqla xalqımız sahib olduğu dövlətçilik ənənələrini bir daha təsdiq etdi. İnsan hüquq və azadlıqlarının təmin edilməsi, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması Xalq Cümhuriyyətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir”.
Tədbirdə Masallı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Zamin Məmmədov çıxış edərək Azərbaycanın Xalq Cümhuriyyətinin fəaliyyətindən danışıb. Müsəlman Şərqində ilk demokratik respublika olan AXC-nin ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxdığını deyən Dilarə Hüseynova bu dövlətin cəmi 23 ay yaşamasına baxmayaraq böyük işlər gördüyünü qeyd edib.
Tədbirdə Günay Xəlilova, Gülər Piriyerva və başqaları müstəqillik yolunda xalqımızın çoxillik mübarizə tarixindən, müstəqilliyin bərpasında və onun qorunmasında ümummilli liderimizin xidmətlərindən, bu siyasi kursun möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıblar.