20 may 2026 13:54
95

Vilnüs hava limanı hava həyəcanı səbəbilə fəaliyyətini müvəqqəti dayandırıb

Vilnius hava limanı bu gün hava həyəcanı səbəbilə fəaliyyətini müvəqqəti dayandırıb.

“İki sahil” xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Vilnüs şəhərinin bəzi rayonlarında sakinlərə sığınacaqlara keçmək tövsiyə olunub.

2026-cı ildə Baltik ölkələrinin hava məkanına pilotsuz uçuş aparatlarının bir neçə dəfə daxil olduğu bildirilir. Martın sonunda Litva hakimiyyəti Ukrayna Silahlı Qüvvələrinə aid bir dronun Belarus sərhədi yaxınlığında qəzaya uğradığını açıqlayıb. May ayında isə prezident Gitanas Nausėda bildirib ki, ölkə ərazisinə daxil olan hər bir dron təhlükə hesab olunur, çünki onun mənşəyi və məqsədi məlum olmur.