18 may 2026 14:59
110

Lukaşenko Rusiyaya neft emalı sahəsində yardım təklif edib

Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə Sverdlovsk Vilayətinin qubernatoru Denis Pasler ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə BelTA məlumat yayıb.

Lukaşenko neft emalı sahəsində Rusiya bölgələrinə kömək etməyə hazır olduğunu bildirib.

Belarus Prezidentinin sözlərinə görə, Rusiyanın düşmənləri "neft emalı zavodlarını qeyri-adi vəziyyətə gətirirlər". "Bizim iki modernləşdirilmiş neft emalı zavodumuz var... və lazım olduqda kömək əlimizi uzadırıq. Əgər bölgənizin bu məsələdə köməyə və dəstəyə ehtiyacı varsa, səfirə deyin", - deyə Aleksandr Lukaşenko aydınlıq gətirib.

Rusiya neft emalı zavodları mütəmadi olaraq Ukrayna Silahlı Qüvvələrinin hücumlarına məruz qalır. Xüsusilə, 28 aprel gecəsi Tuapsedəki neft emalı zavodunda yanğın baş verib. Mayın əvvəlində Leninqrad vilayətindəki neft emalı zavoduna hücum edilmişdi.