18 may 2026 12:33
122

Kallas Rusiya ilə danışıqlarda vasitəçi olmaqdan imtina edib

Avropa diplomatiyasının rəhbəri Kaja Kallas Rusiya ilə danışıqlarda vasitəçi qismində çıxış etməkdən imtina edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Politico" yüksək vəzifəli Avropa rəsmisinə istinadla məlumat yayıb.

Nəşrin həmsöhbətinin sözlərinə görə, o, öz namizədliyini istisna edib.

Digər üç avropalı diplomat isə bildiriblər ki, Kallasın Moskva ilə bağlı sərt və aqressiv ritorikası onun Rusiya ilə hər hansı razılaşma əldə etməsini çətinləşdirir.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Almaniyanın keçmiş kansleri Gerhard Şrröderi Avropa İttifaqı ilə dialoq üçün daha uyğun vasitəçi adlandırmışdı.