17 may 2026 01:19
145

Media: Təl-Əvivdə yüzlərlə insan müharibə əleyhinə küçələrə çıxıblar

Yüzlərlə israilli Təl-Əvivin mərkəzində hökumət əleyhinə mitinqdə iştirak ediblər.

“İki sahil” Rusiya mətbuatına istinadla xəbər verir ki, etiraz Teatr Meydanında baş tutub. Solçu tərəfdarlar Baş nazir Benyamin Netanyahunun sağçı hökumətinin siyasətinə etiraz etmək üçün orada toplaşıblar. Etirazçılar erkən seçkilərin keçirilməsini və demokratik dəyərlərin qorunmasını tələb ediblər.

Bildirilib ki, mart ayının sonlarında İsrailin bir neçə böyük şəhərində insanlar İrana qarşı hərbi əməliyyatlara etiraz olaraq küçələrə çıxıblar.“The Times of Israel” qəzeti yazır ki, müharibə əleyhinə mitinqlər Təl-Əviv, Hayfa, Qüds və Beer-Şevada keçirilib. Polis nümayişlərdə 18 nəfəri saxlayıb: 15 nəfər Təl-Əvivdə, beş nəfər isə Hayfada.