16 may 2026 23:30
114

Vens: Xarici terrorçular ABŞ büdcəsindən vəsait əldə etmiş ola bilərlər

Xarici terror qrupları ABŞ büdcəsindən saxta sxemlər vasitəsilə vəsait əldə etmiş ola bilərlər.

“İki sahil” xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens bu barədə "Fox News" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, xarici qurumların və terror təşkilatlarının bu resurslar vasitəsilə varlandığı hallar qeydə alınıb.

Vens qeyd edib ki, ABŞ-daki qanunsuz immiqrantlar saxtakarlıqla dövlət yardımı əldə ediblər və sonra bu vəsaitləri Vaşinqtonun da terror təşkilatları hesab etdiyi Latın Amerikasındakı narkotik kartellərinə yönəldiblər.

"Bu, anlaşılmazdır: vergilər ödəyirsiniz və bu vəsaitlər terrorçulara gedir", - o əlavə edib.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp ölkədə saxtakarlıqla mübarizə üçün Cey Di Vensin məsuliyyət daşıyacağını açıqlayıb.