ABŞ hərbçilərinin İrana qarşı blokadanın başlanğıcından bəri yönləndirdikləri ticarət gəmilərinin sayı 78-ə çatıb.
“İki sahil” xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bu barədə "X" sosial şəbəkəsində bildirib.
"(Blokadanın) tətbiqi üçün 78 ticarət gəmisi başqa istiqamətə yönləndirilib və dörd gəmi sıradan çıxarılıb", - məlumatda bildirilir.
CENTCOM-un məlumatına görə, İrana qarşı dəniz blokadası 13 apreldə başlayıb. Komandanlıq İran limanlarına gedən və tərk edən gəmilərin hərəkətinə nəzarət niyyətində olduğunu bildirib.
İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani daha əvvəl ABŞ-nin regiondakı hərəkətlərinin faktiki olaraq piratçılıq və terrorizmə bərabər olduğunu bildirib.