16 may 2026 21:14
113

“Il Giornale”: İtaliyada avtomobil izdihamın üzərinə sürülüb

İtaliyanın şimalındakı Modena şəhərində (Emilia-Romagna bölgəsi) avtomobil bir qrup insanın üzərinə sürülüb və nəticədə ən azı 10 nəfər yaralanıb.

İki sahil” xəbər verir ki, bu barədə “Il Giornale” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, avtomobili 31 yaşlı kişi idarə edib.

Həbs edildikdən sonra cinayətkar hadisə yerindən qaçmağa cəhd edib və bu zaman onun yolunu kəsən bir nəfəri bıçaqlayıb.

Qurbanların dəqiq sayı müəyyənləşdirilir. “Il Giornale”nin məlumatına görə, qəza nəticəsində qurbanlardan biri hər iki ayağını itirib.

“Gazetta Di Parma” qəzetinin məlumatına görə, sürücü “Citroën C3” markalı avtomobil idarə edirmiş.

Məhərrəm Ağalaroğlu, “İki sahil”