ABŞ Prezidenti Donald Trampın Çinə tarixi səfərindən bir neçə gün sonra Rusiya Prezidenti Vladimir Putin də Çinə səfər edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti diplomatik mənbələrə istinadla məlumat yayıb. Mənbə bildirib ki, mayın 20-nə planlaşdırılan birgünlük səfər Moskva ilə Pekin arasında münasibətlərin müzakirəsi üçün rutin xarakter daşıyır. Nəşr yazır ki, əgər Vladimir Putinin səfəri baş tutarsa, bu, Çinin dünyanın iki böyük dövlətinin liderini eyni ayda qonaq etməsi olacaq.
Fransa məhkəməsi Rusiyanın “kölgə donanması”na aid tankerin sahibini 1 milyon avro cərimələyib
BMT Təhlükəsizlik Şurası Körfəz bölgəsindəki gərginliklə bağlı fövqəladə iclas keçirir