ABŞ Prezidenti Donald Tramp Tehranın Vaşinqtonla razılığa gəlməli olduğunu, əks halda məhv olacağını bildirib.
“İki sahil” xəbər verir ki, o, bu mövqeyini Fox News-a verdiyi müsahibədə açıqlayıb.
"Bu, sadəcə zaman məsələsidir. İstəsəydik, bir neçə həftə daha davam edə bilərdik və hər şey bitərdi. Mən bunu onlarla yaxşı münasibətlər saxlayan bir çox liderin xahişi ilə dayandırdım", - deyə Ağ Ev rəhbəri bildirib.
"Amma bu, onlar üçün heç nəyi dəyişməyəcək; onlar artıq bitiblər. Onlar ya razılaşma əldə edə, ya da məhv ola bilərlər", - deyə Tramp hesab edir.
Fransa məhkəməsi Rusiyanın “kölgə donanması”na aid tankerin sahibini 1 milyon avro cərimələyib
BMT Təhlükəsizlik Şurası Körfəz bölgəsindəki gərginliklə bağlı fövqəladə iclas keçirir