Pekində ABŞ prezidenti Donald Trampın səfərinə verilən qala ziyafətində menyuda Pekin ördəyi və pomidor lobster şorbası olub.
“İki sahil” xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Məqalədə deyilir: "Menyuya pomidor lobster şorbası, xırtıldayan mal əti qabırğaları, Pekin ördəyi, mövsümi tərəvəzlər və xardal sousunda yavaş bişirilmiş qızılbalıq daxildir".
Daha əvvəl Tramp Çin prezidenti Si Cinpinə qonaqpərvərliyinə görə təşəkkür edərək Çindəki ilk gününü "fantastik" adlandırmışdı.
Fransa məhkəməsi Rusiyanın “kölgə donanması”na aid tankerin sahibini 1 milyon avro cərimələyib
BMT Təhlükəsizlik Şurası Körfəz bölgəsindəki gərginliklə bağlı fövqəladə iclas keçirir