13 may 2026 22:22
101

CENTCOM İran limanlarına 15 humanitar gəminin buraxılması barədə məlumat verib

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) humanitar yardım daşıyan 15 gəminin Hörmüz boğazından keçməsinə icazə verib.

“İki sahil” xəbər verir ki, bu barədə idarənin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

CENTCOM-un məlumatına görə, son dörd həftə ərzində ABŞ qüvvələri İran limanlarına daxil olan və oradan çıxan 67 kommersiya gəmisinin keçidinin qarşısını alıb, eləcə də 4 gəmini sıradan çıxarıb.

Bundan əlavə, bu həftənin əvvəlində CENTCOM qüvvələri xəbərdarlıq atəşi ilə iki kommersiya gəmisini kursunu dəyişməyə məcbur edib və boğazda nəzarət tədbirlərinin tam şəkildə qüvvədə qaldığını vurğulayıb.