12 may 2026 08:41
180

İran ABŞ-ın mümkün hücumları ilə bağlı...

ABŞ-ın mümkün hücumları ilə bağlı narahatlıqlar fonunda İranın bəzi hərbi və mülki təyyarələrini Pakistan və Əfqanıstana köçürdüyü bildirilir.

“İki sahil”  "CBS News"a istinadla xəbər verir ki, bu barədə kanala mənbələr məlumat verib.

Qeyd olunub ki, İran hərbi təyyarələri İslamabadın cənubunda yerləşən Nur-Xan hava bazasına göndərilib. Göndərilən hərbi texnikalar arasında kəşfiyyat missiyaları üçün nəzərdə tutulmuş C-130 hərbi nəqliyyat təyyarəsinin modifikasiya edilmiş versiyası olan RC-130 təyyarəsinin də olduğu iddia edilir.

Kanalın mənbələri həmçinin bildirib ki, hərbi əməliyyatların başlamasından bir müddət əvvəl İranın Mahan Air aviaşirkəti bir neçə təyyarəsini Kabilə aparıb.