İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai ABŞ-ni Yaxın Şərqdə atəşkəs razılaşmasının əldə edilməsinə mane olan əsassız tələblər irəli sürməkdə ittiham edib.
“İki sahil” "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə Bəqai mətbuat konfransında bildirib və qeyd edib ki, Vaşinqton Tehrana qarşı əsassız tələblər irəli sürməyə davam edir. O əlavə edib ki, İranın ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqdə münaqişənin tam dayandırılması barədə təşəbbüsü ilə bağlı olan və Pakistana ötürülən təklifə cavabı "son dərəcə kəskin" olmayıb.
Bəqai vurğulayıb ki, Tramp Tehranın onun təklifinə verdiyi bu cavabı rədd etdikdən sonra regionda təhlükəsizlik və sabitliklə bağlı vəziyyət pozulub.