Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqında (Aİİ) iştirakla Avropa İttifaqına (Aİ) inteqrasiya kursu arasında seçim etməlidir və Yerevan Avropa istiqamətini seçəcəyi təqdirdə “yumşaq və mədəni ayrılıq” mümkün ola bilər.
“İki sahil” xəbər verir ki, bu fikri Rusiya Prezidenti Faşizm üzərində Qələbə günü münasibətilə keçirilən tədbirlərdən sonra mətbuat konfransında səsləndirilib. Rusiya dövlət başçısının sözlərinə görə, Ermənistan Aİİ çərçivəsində, xüsusilə kənd təsərrüfatı sahəsində ciddi üstünlüklər əldə edir, lakin respublikanın Avropa İttifaqına qoşulmaq planları “xüsusi yanaşma” tələb edir. Putin qeyd edib ki, Rusiya Ermənistan xalqı üçün faydalı olacaq istənilən qərarı dəstəkləyəcək. Bununla yanaşı, o, Ermənistanın mümkün Aİ üzvlüyü məsələsinin Aİİ-nin növbəti sammitlərindən birində müzakirə oluna biləcəyini istisna etməyib.
Rusiya Prezidenti, həmçinin Ermənistanın Avropa inteqrasiyası məsələsi üzrə referendum keçirə biləcəyini bildirib. Onun sözlərinə görə, əgər erməni xalqı Aİ-yə üzvlüyü dəstəkləsə, Moskva “sivil ayrılıq” variantını nəzərdən keçirə bilər.
Putin Ukraynadakı hadisələrlə müqayisə apararaq qeyd edib ki, orada da proses Avropa inteqrasiyası məsələsindən başlayıb.