09 may 2026 23:13
90

Macarıstanın yeni baş naziri prezidenti istefa verməyə çağırıb

Macarıstanın yeni baş naziri Peter Madyar prezident Tamaş Şuyoku dərhal istefa verməyə çağırıb.

“İki sahil” xəbər verir ki, bu barədə baş naziri parlamentin birinci iclasında deyib.

O bildirilib ki, Macarıcstan prezidenti vəzifəsini tutmaq hüququ yoxdur, çünki son illərdə Viktor Orbanın əvvəlki hökumətinin qanun pozuntularını ört-basdır edib.

"Tamaş Şuyok Macarıstanın demokratik yenilənməsinə mane olmamalı və mayın 31-dən gec olmayaraq istefa verməlidir", - deyə o qeyd edib.

O, Şuyoku konstitusiyanın və qanunun aliliyinin qarantı olmaq əvəzinə, sosial, siyasi və maliyyə sahələrində hakimiyyətdən sui-istifadə hallarının qarşısını ala bilməməkdə günahlandırdı.