Gəncədə köhnə avtomobillərin utilizasiyası ilə məşğul olan şirkətlərdən birinin ərazisində yanğın olub.
Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin üç yanğın söndürən avtomobili və xeyli sayda canlı qüvvəsi cəlb olunub.
Hadisə nəticəsində müəssisənin çöl hissəsində utilaziyaya verilən üç avtomobil və ərazidə olan şinlər yanıb. Hadisənin səbəbləri dəqiqləşdirilir. Yanğının qarşısı alınıb.
Faktla bağlı araşdırma başlanılıb.
"Report"
Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilib
Şuşanın qayalarına yazılan adlar: Vətənpərvərlik tarixə iz salmaq deyil, tarixi qorumaqdır