09 may 2026 21:30
97

Sumqayıtda ikimərtəbəli ev yanıb

Sumqayıt şəhərində ümumi sahəsi 160 m² olan ikimərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 44 m² sahədə yanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, yüksək temperaturdan hamam otağının lambirdən ibarət tavanı 4 m² sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.