İqtisadiyyat Nazirliyinin rəhbərliyi müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib. Ümummilli Liderin məzarı önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılıb.
“İki sahil” xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Qeyd edilib ki, Azərbaycanda dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, ölkəmizin müstəqilliyinin gücləndirilməsi və beynəlxalq nüfuzunun artması Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji kursun nəticəsidir. Ulu Öndərin formalaşdırdığı inkişaf xətti bu gün də Azərbaycanın dayanıqlı tərəqqisinin əsasını təşkil edir.
“İmkanlar hər kəs üçün” sosial layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub
Muxtar Babayev BMT rəsmisilə su ehtiyatlarının dayanıqlı idarə edilməsini müzakirə edib