09 may 2026 14:41
115

Livanda İsrailin hücumları nəticəsində üç nəfər ölüb

Livanın cənubunda İsrail hücumları nəticəsində üç nəfər həlak olub.

“İki sahil” xəbər verir ki, bu barədə Livan milli agentliyi məlumat yayıb.

Nabatiyyə, Kafra, Haris və Mansuri şəhərləri yaxınlığında bir neçə yeni zərbə barədə məlumat verilib.

Əvvəllər İsrail Müdafiə Ordusu Livanın cənubundakı bir sıra kəndlərin təxliyəsinə çağırış etmişdi.