09 may 2026 14:20
82

Florian Filippot Fransa prezidenti olmaq istəyir

Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot 2027-ci ildə Fransada keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətindədir.

“İki sahil” xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

"Bəli, mən prezidentliyə namizədəm. Təsdiq edirəm ki, hazırda 2021-ci ildəkidən daha əlverişli mövqedəyəm, o zaman bunu çox gec etmişdim və mənim Vətənpərvərlər partiyam xeyli kiçik idi", - Filippo deyib.

O, əvvəlki vaxtlarda seçkilərdə iştirakını təsdiqləmək üçün imza toplamaqda çətinlik çəkdiyini qeyd edib. Flippot bu dəfə daha yaxşı nəticələr əldə etməyə və ölkənin ən yüksək vəzifəsi uğrunda mübarizə aparmağa ümid edir. Qalib gələcəyi təqdirdə, Fransanın Avropa Birliyindən və NATO-dan çıxması üçün səy göstərəcəyinə söz verib.

Fransa prezident seçkilərinin birinci turu 2027-ci ilin aprel ayına planlaşdırılıb. Hələlik konkret tarix müəyyən edilməyib, lakin onun hazırkı prezident Emmanuel Makronun səlahiyyət müddətinin 13 may 2027-ci il tarixində bitməsindən 20-35 gün əvvəl baş tutacağı gözlənilir. Əgər prezidentliyə namizədlərdən heç biri birinci turda səslərin 50%-dən çoxunu toplaya bilməsə, ən çox səs toplayan iki namizəd iki həftə sonra keçiriləcək ikinci səsvermə turunda iştirak edəcək.