Cəlilabad rayonunda baş verən mübahisə qanlı hadisə ilə nəticələnib.
“İki sahil” xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, Nicat Cəbiyev və İlqar Quliyev arasında yaranan mübahisə zamanı Nicat Cəbiyev qarşı tərəfə çoxsaylı bıçaq xəsarətləri yetirib.
Yaralı dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağır qiymətləndirilir.
Əməli törətməkdə şübhəli bilinən 40 yaşlı Nicat Cəbiyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Zəhra İsgəndərlinin təhsil və musiqi sahəsindəki aktiv fəaliyyəti “Kardelen TV”də
Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilib
Şuşanın qayalarına yazılan adlar: Vətənpərvərlik tarixə iz salmaq deyil, tarixi qorumaqdır