İranın Ali Rəhbəri Müctəba Xamenei ABŞ və İsrailin hərbi əməliyyatlarının ilk günlərində aldığı xəsarətlərə baxmayaraq, ölkənin hərbi strategiyasının formalaşdırılmasında mühüm rol oynamaqda davam edir.
“İki sahil” xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Telekanal bildirir ki, ABŞ kəşfiyyatı İranın yeni ali liderinin yüksəkvəzifəli rəsmilərlə birlikdə hərbi strategiyanın müəyyənləşdirilməsində həlledici rol oynadığı qənaətindədir.
Kəşfiyyat məlumatlarına əsasən, Xamenei eyni zamanda müharibənin dayandırılması məqsədilə Tehranın Vaşinqtonla apardığı danışıqlara rəhbərlik prosesində iştirak edir.