Almaniya Bundesratı işçilərə böhran əleyhinə 1 000 avroluq pul mükafatının ödənilməsi ilə bağlı qanun layihəsini bloklayıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, Almaniya kansleri Fridrix Merts və maliyyə naziri Lars Klinqbayl əvvəllər energetika böhranı fonunda vətəndaşlara birdəfəlik ödəniş vəd etmişdilər.
Qanun layihəsinə əsasən, işəgötürənlər işçilərin hesablarına birdəfəlik, vergisiz ödəniş kimi 1 000 avro köçürməli idilər.
Lakin Bundesratın qərarından sonra bu tədbir tətbiq olunmayacaq.