YAP Bərdə rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103- cü ildönümü ərəfəsində təşkilatın 1993- cü ildən YAP üzvü olan yubilyar veteranlar ilə görüş keçirib.
“İki sahil” xəbər verir ki, görüşdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya partiya veteranlarını anadan olmalarının 75 və 70 illikləri münasibətilə təbrik edib. Sədr çıxış edərək bildirib ki, onlar təskilatımızdan YAP-a ilk üzv olmaqları ilə Ulu öndər Heydər Əliyev ideyalarına inam və ehtiramlarını nümayiş etdirib, Partiyamiza sədaqətlə xidmət edərək ona möhkəm bağlı olduqlarını əməli işlərində təsdiq ediblər. Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının tövsiyəsinə uyğun olaraq Partiyanın üzvü olan sadiq yubilyarlar unudulmur və onlara qayğı diqqət mərkəzində saxlanılır.
Görüşdə 70 yaşı tamam olan, Birinci Qarabağ müharibəsi şəhidi Bəxtiyar Əhmədovun bacısı, özünün əmək fəaliyyəti dövründə Ulu öndər Heydər Əliyevlə gorüşmüş, zəhməti orden, medallara layiq görülmüş, YAP Bərdə rayon təşkilatının yaradılmasında fəal iştirak etmiş Ədibə Əhmədova, 70 yaşı tamam olan, 1993- cü ildən YAP üzvü, rayon təşkilatının yaradılmasında və formalaşmasında xidmətləri olan Qaraş Hacıyev, 75 yaşı tamam olan əmək fəaliyyəti dövründə Ulu öndər Heydər Əliyev ideyalarına sədaqətlə xidmət etmiş Tamilla İbadova hakim partiya olaraq xalqımıza yalnız Qələbə sevincləri yaşatmış Yeni Azərbaycan Partiyasının üzvü olmaqdan qürur duyduqlarını bildiriblər və Partiya sıralarında olduqları ötən müddət ərzində bəzi xatirələrini bölüşüblər. Bugün də Müzəffər Liderimiz cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan qələbələri önə çəkərək Zəfər tariximizlə fəxr etdiklərini bildiriblər.
Görüşdə rayon təşkilatı Aparatının məsul əməkdaşları çıxıs edərək yubilyarları təbrik ediblər.
Görüşdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya partiya veteranlarını Fəxri Fərmanla təltif edib və hədiyyələrlə mükafatlandırıb.
Sonda veteranlarla xatirə şəkilləri çəkdirilib.