Azərbaycanın bəzi rayonlarda yağıntılı hava şəraiti davam edir.
“İki sahil” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin mayın 8-i saat 16:00-a olan məlumatında qeyd olunub.
Bildirilib ki, bir sıra ərazilərdə yağıntılar intensiv xarakterlidir.
Şahbuz, Daşkəsən, Gədəbəy, Şəki, Oğux, Qəbələ, İsmayıllı, Şamaxı, Xızı, Quba, Qusar, Şabran, Xaçmaz, Balakən, Qax (Sarıbaş), Göyçay, Zərdab, Yardımlı, Lerikdə arabir şimşək çaxır, yağış yağır.
Şahdağ, Qrız və Xınalıqda isə arabir qar yağması müşahidə olunur.
Saat 14:28-14:29 radələrində Gədəbəy rayonuna xırda ölçülü dolu düşüb.
Südabə Qazıyeva: Şəhidin adını hara gəldi yazmaq, şəklini yapışdırmaq onun əziz xatirəsinə layiq deyil
Zəhra İsgəndərlinin təhsil və musiqi sahəsindəki aktiv fəaliyyəti “Kardelen TV”də
Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilib