İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ABŞ hər dəfə diplomatik həll imkanı yarandıqda “düşünülməmiş hərbi avantüralara” üstünlük verir.
“İki sahil” xəbər verir ki, o, bu barədə X-də yazıb:
“İstənilən səbəb nə olursa olsun, nəticə eynidir: iranlılar heç vaxt təzyiq qarşısında geri çəkilmir.”
Daha əvvəl İranın hərbi rəhbərliyi Vaşinqtonu ölkənin bir sıra bölgələrinə hücum etməklə atəşkəsi pozmaqda ittiham etmişdi.
Bu hadisələrə cavab olaraq İran silahlı qüvvələri ABŞ hərbi gəmilərinə zərbələr endirdiyini açıqlayıb.
ABŞ prezidenti Donald Tramp isə Vaşinqton və Tehran arasında baş verən qarşılıqlı zərbələri “yüngül sillə” kimi qiymətləndirib və atəşkəs rejiminin hələ də qüvvədə olduğunu bildirib.