Moskva Brüssel ilə münasibətlərin kəsilməsi təşəbbüsü ilə çıxış etməyib, lakin Rusiya tərəfi Avropa İttifaqının nümayəndələri ilə danışıqlara hazırdır.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Putin danışıqlara hazırdır. Avropalılar hazır olduğu qədər irəliləməyə hazırıq", - deyə Peskov bildirib. O, Financial Times qəzetinin Aİ nümayəndələrinin Putinlə potensial danışıqlara hazırlaşması ilə bağlı reportajını şərh edərkən bildirib.