Köç karvanı Xocavənd şəhərinə çatıb, sakinlərə evlərin açarları təqdim edilib.
“İki sahil” xəbər verir ki, mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb. Sakinlərin qarşılanma mərasimi keçirilib.
Qeyd edək ki, bu mərhələdə Xocavənd şəhərinə 206 nəfərdən ibarət 57 ailə köçüb.
Südabə Qazıyeva: Şəhidin adını hara gəldi yazmaq, şəklini yapışdırmaq onun əziz xatirəsinə layiq deyil
Zəhra İsgəndərlinin təhsil və musiqi sahəsindəki aktiv fəaliyyəti “Kardelen TV”də
Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilib