Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Almaniyanın "Spiegel" nəşrinin xarici jurnalistlərin Qızıl Meydanda keçiriləcək paradın işıqlandırılması üçün akkreditasiyasının guya ləğv edilməsi barədə yaydığı məlumatı təkzib edib.
“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.
Daha əvvəl "Spiegel" bəzi xarici media nümayəndələrinin tədbirlərin işıqlandırılmasına məhdudiyyət qoyula biləcəyini iddia etmişdi. Lakin Kreml bu məlumatların həqiqətə uyğun olmadığını bildirib.
Peskov qeyd edib ki, xarici jurnalistlərin 9 May tədbirlərini işıqlandırmaq üçün akkreditasiyası geri çağırılmayıb və proses əvvəlki qaydada həyata keçirilir.