ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harris Rusiyanı Yaxın Şərq münaqişəsində "ən böyük qalib" adlandırdı.
“İki sahil” xəbər verir ki, o, bu barədə "Fox News"a bildirib.
"ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaları ləğv etdi. Bunun nə demək olduğunu bilirsinizmi? Onlar neft satmaqla pul qazanırlar", - deyə o, bildirib.
Harris əlavə edib ki, İranla müharibə səbəbindən ABŞ Yaxın Şərqə artilleriya, sursat və hava hücumundan müdafiə sistemləri göndərir ki, bunlar "əks halda Ukraynaya gedərdi".