Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu il 5600 şəxs üçün peşə hazırlığı kursları təşkil olunub.
“İki sahil” xəbər verir ki, onlardan 1900 nəfər üçün Agentliyin Bakı, Gəncə, Göyçay, Qarabağ Peşə Hazırlığı Mərkəzlərində və Naxçıvan Peşə Hazırlığı Mərkəzində, 3700 nəfər üçün özəl tədris müəssisələrində kurslar təşkil olunub. Kurslarda əmək bazarının tələblərinə uyğun peşələr üzrə nəzəri biliklər tədris edilməklə yanaşı, müəssisələrdə təcrübə keçmək imkanı da yaradılıb. Hazırda peşə kurslarının təşkilində 186 özəl tədris müəssisəsi ilə əməkdaşlıq edilir.
Kursların sonunda məzunlara sertifikatlar təqdim edilir və onların yeni yiyələndikləri peşələr üzrə işlə təmin olunmalarına dəstək göstərilir.
İİTKM-də Özbəkistanın İpək Yolu Beynəlxalq Turizm və Mədəni İrs Universitetinin nümayəndələri ilə görüş keçirilib
İİTKM-də “Qida təhlükəsizliyi” dərslik layihəsi ilə bağlı FAO nümayəndələri ilə görüş keçirilib
Ulu Öndər Heydər Əliyevin ildönümü münasibətilə daha bir kənd içməli su ilə təmin olunub