“2019-2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində ABŞ-nin Corciya Universitetində qida elmləri ixtisas sahəsi üzrə doktorantura təhsili alan Aytən Pirverdiyeva akademik nailiyyətlərinə, elmi fəaliyyətinə və apardığı tədqiqatın əhəmiyyətinə görə Dr. Romeo Toledo mükafatına layiq görülüb. Qeyd edək ki, qida elmi və mühəndisliyi sahəsi üzrə nüfuzlu alim, müəllif və pedaqoq Dr. Toledo qida emalı texnologiyalarının inkişafına mühüm töhfələr vermiş, sahə üzrə əsas dərsliklərin müəllifi olmuş və uzun illər ərzində çoxsaylı tədqiqatçıların yetişməsində rol oynamışdır.
“İki sahil” xəbər verir ki, Corciya Universiteti tərəfindən təqdim olunan bu mükafat öz sahəsində fərqlənən, elmi araşdırmalarda fəallığı və liderlik bacarıqları ilə seçilən, aktual elmi problemlərin həllinə yönəlmiş yeni metodologiyalar yarada bilən tədqiqatçıların fəaliyyətini dəstəkləmək məqsədilə təsis olunub.
Aytənin əldə etdiyi bu uğur onun qida təhlükəsizliyi sahəsi üzrə apardığı tədqiqatın elmi və sosial baxımdan olduqca önəmli olduğunu bir daha təsdiqləyir.
Südabə Qazıyeva: Şəhidin adını hara gəldi yazmaq, şəklini yapışdırmaq onun əziz xatirəsinə layiq deyil
Zəhra İsgəndərlinin təhsil və musiqi sahəsindəki aktiv fəaliyyəti “Kardelen TV”də
Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilib