06 may 2026 21:25
129

Eyal Zamir: İsrail ordusu İrana qarşı yüksək hazırlıq vəziyyətindədir

İsrail ordusu İrana qarşı genişmiqyaslı əməliyyatı bərpa etmək üçün yüksək hazırlıq vəziyyətindədir.

“İki sahil” xarici mediaya istinadla xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir bildirib.

O, əlavə edib ki, ölkə artıq İran İslam Respublikası daxilində bir sıra əlavə hədəflər hazırlayıb.

"Biz qələbələrimizi dərinləşdirəcək və İran rejimini daha da zəiflədəcək güclü və genişmiqyaslı əməliyyatı bərpa etmək üçün yüksək hazırlıq vəziyyətindəyik. İranda bir sıra əlavə hədəflərimiz var", - Zamir bildirib.

O, həmçinin qeyd edib ki, İsrail çoxcəbhəli əməliyyat vasitəsilə regional reallığı dəyişdirmək üçün tarixi bir fürsətə malikdir.

Zamir qeyd edib ki, ABŞ ordusu ilə əməkdaşlıq və koordinasiya davam edir və İsrail tərəfi vəziyyəti yaxından izləyir.