06 may 2026 17:57
111

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana ilk dəfə alüminium göndəriləcək

Sabah Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Məlumata görə, söhbət 2 vaqon alüminium (ilk dəfə) və 9 vaqon taxıldan gedir.

Xatırladaq ki, bu gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana göndərilən daha 8 vaqondan ibarət, çəkisi 543 ton olan gübrə və 10 vaqondan ibarət, çəkisi 695 ton olan taxıl Biləcəri dəmir yolu stansiyasından yola salınıb. ("Report")