06 may 2026 15:56
116

Tokayev Qazaxıstan ordusunun modernləşdirilməsi ilə bağlı yeni planlarını açıqlayıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və silahlı qüvvələrin modernləşdirilməsi ilə bağlı yeni planlarını açıqlayıb. O bildirib ki, yaxın iki il ərzində ölkə hərbi potensialını artıracaq və silahlı qüvvələrdə genişmiqyaslı islahatlar həyata keçiriləcək.

“İki sahil” xəbər verir ki,  bu barədə "akorda.kz" məlumat yayıb.

Prezidentin sözlərinə görə, Qazaxıstan dəyişən və qeyri-sabit beynəlxalq şəraitdə hər cür təhlükəyə hazır olmalıdır. Bu məqsədlə ordunun texnoloji cəhətdən yenilənməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib. Kasım-Jomart Tokayev vurğulayıb ki, silahlı qüvvələrdə və digər hərbiləşdirilmiş strukturlarda dərin islahatların aparılması strateji əhəmiyyət daşıyır.

Onun fikrincə, hazırkı gərgin və qeyri-müəyyən dövr dövlətlərdən daha çevik və müasir müdafiə sistemləri tələb edir. Buna görə də ordu yalnız ənənəvi üsullarla deyil, həm də yeni texnologiyalar əsasında inkişaf etdirilməlidir.

Bununla yanaşı, o, qeyd edib ki, Qazaxıstan sülhsevər siyasət yürüdən dövlətdir və beynəlxalq hüquq prinsiplərinə ciddi şəkildə əməl edir. Lakin zərurət yarandıqda ölkə öz maraqlarını təkcə diplomatik vasitələrlə deyil, həm də daha sərt mövqedən müdafiə etməyə hazırdır.