06 may 2026 14:58
86

Bitcoin yenidən bahalaşdı

Bitcoin yenidən bahalaşaraq mühüm psixoloji həddi geridə qoyub. Ticarət məlumatlarına əsasən, kriptovalyutanın dəyəri gün ərzində 1,2% artaraq təxminən 81,7 min ABŞ dollarına çatıb, bəzi anlarda isə 82,2 min dollar səviyyəsinə qədər yüksəlib.

“İki sahil” xəbər verir ki, bu göstərici Binance birjasının məlumatlarında əks olunub və beləliklə, Bitcoin yanvarın 31-dən bəri ilk dəfə 82 min dollar həddini keçib.

Son bir həftə ərzində Bitcoinin məzənnəsi 2%-dən çox artım göstərib. Mayın 4-də isə kriptovalyuta 80 min dollar səviyyəsini aşaraq bazarda müəyyən canlanma siqnalları verib. Bununla belə, mütəxəssislər qeyd edir ki, bütövlükdə kriptovalyuta bazarının tam bərpasından danışmaq hələ tezdir. Çünki alternativ kriptovalyutaların (altcoinlərin) əksəriyyəti ya ucuzlaşır, ya da sabit vəziyyətində qalır.

Analitiklərə görə, bazarda müşahidə olunan bu artımın səbəblərindən biri də ABŞ Federal Ehtiyat Sistemi rəhbərliyində mümkün dəyişikliklərlə bağlı gözləntilərdir. Bu amil investorların riskli aktivlərə marağını qismən artıraraq kriptovalyuta bazarına əlavə dəstək verir.