Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatında “Nizami küçəsi 4” (Kürdəmir şəhər T. İsmayılov adına 1 saylı tam orta məktəb) ərazi partiya təşkilatının sədri Nəsirov Vüqar Hüseynağa oğlunun 60 illik yubileyi münasibətilə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüşdə YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov yubilyarı təbrik edərək, ona möhkəm can sağlığı, uzun ömür, işlərində yeni uğurlar və səadət dolu günlər arzulayıb.
“Nizami küçəsi 4” ərazi partiya təşkilatının sədri Nəsirov Vüqar Hüseynağa oğluna partiya dəyərlərinin təbliğində və ictimai proseslərdə aktiv iştirakına görə və 60 illik yubileyi münasibətilə Fəxri Fərman və xatirə hədiyyəsi təqdim edilib
Sonda çıxış edən “Nizami küçəsi 4” ərazi partiya təşkilatının sədri Vüqar Nəsirov göstərilən diqqət və qayğıya görə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə təşəkkürünü bildirib, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası sıralarında olmaqdan qürur duyduğunu söyləyib.