05 may 2026 14:45
110

“Tullantıların idarə edilməsində Yaponiya təcrübəsinin təşviqi” adlı layihə icra olunur

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Tullantıların idarə edilməsində Yaponiya təcrübəsinin təşviqi” adlı layihənin icrasına başlayıb.

“İki sahil” xəbər verir ki,  3 ay ərzində həyata keçiriləcək layihə çərçivəsində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının Bakıda təşkilinə, həmçinin yapon ekoloji və şəhərsalma mədəniyyətinin Azərbaycanda təbliğinə dair ictimai müsahibənin, araşdırma yazıların və bir sıra Bakı məktəblərində ekoloji dərslərin keçirilməsi planlaşdırılır.