Ötən il Azərbaycandan 914 min ton bitkiçilik məhsulları ixrac edilib.
“İki sahil” xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) dədri Qoşqar Təhməzli bu gün Bakı Ekspo Mərkəzində işə başlamış Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisinin ("InterFood Azerbaijan") açılışında deyib. O bildirib ki, hazırda Azərbaycan istehsalı olan qida və kənd təsərrüfatı məhsulları dünyanın 73 müxtəlif ölkəsinə çatdırılır: "2025-ci ildə Azərbaycandan rekord sayda kənd təsərrüfatı məhsulları dünya bazarına ixrac olunub, bu təqribən 914 min ton bitkiçilik məhsullarını özündə ehtiva edirdi. Biz elə beynəlxalq standartlar formalaşdırmalıyıq ki, ixrac edilən məhsulların göstəriciləri dünyanın istənilən bazarlarında özünə yer tapa bilsin. Qida təhlükəsizliyinin ən əsas kənd təsərrüfatına və qida sənayesi sektoruna verə biləcəyi töhfə bundan ibarətdir. Bu məqsədlə də hazırda ölkədə ən vacib məsələlərdən biri heyvan sağlamlığının təmin olunmasıdır".
AQTA sədri qeyd edib ki, Azərbaycanın əldə etdiyi mühüm nailiyyətlər artıq konkret nəticələr verir: "İki nümunəni göstərə bilərəm ki, bizim Azərbaycanın quş qripindən və xırdabuynuzlu heyvanların taunundan azad ölkə statusunu əldə etməyi o sahədə olan məhsulların dünyanın bir sıra ölkələrinə ixrac olunmasına gətirib çıxarıb. Artıq bizim quşçuluq məhsulları, eyni zamanda həm damazlıq, həm də bu ərzaq üçün nəzərdə tutulan yumurtaların dünyanın müxtəlif ölkələrinə ixracı həyata keçirilir. Eyni məsələni akvakulturalarda yetişdirilən balıqlar və kürü məhsulları haqqında, həmçinin bir sıra digər heyvan məhsulları haqqında deyə bilərik".
Azərbaycan "Growth Lab" ilə potensial tərəfdaşlıq istiqamətləri üzrə növbəti addımları müzakirə edib
İİTKM-in “Böyük Qayıdış” platforması Böyük Britaniyada iki nüfuzlu mükafata layiq görülüb