Mingəçevir şəhərində bədbəxt hadisə baş verib.
2006-cı il təvəllüdlü Həsən Muhamməd Abdullah oğlu futbol oynayan zaman qəfil halı pisləşərək vəfat edib.
İlkin məlumata görə, onun epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Hadisə zamanı dili qatlanan gəncə yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Sumqayıt şəhər sakini Həsən Muhamməd Abdullah oğlu Mingəçevir Dövlət Universitetinin tələbəsi olub.
Trend
COP31-in ilk günündə qida təhlükəsizliyi, kənd təsərrüfatı və iqlim dəyişikliyinin sağlamlığa təsiri müzakirə olunub
Türkiyə və Azərbaycan müdafiə sənayesi üzrə birgə doktorantura proqramları yaradacaq