Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üçün birinci dərəcəli əhəmiyyət daşıyır. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac edilmişdir.
“İki sahil” xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə mətbuata bəyanatında söyləyib.
Bu gün bu həcmin artırılması üçün müzakirələrin aparıldığını bildirən dövlətimizin başçısı qeyd edib: “Bunun üçün təbii ki, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsi lazımdır. Artıq müəyyən dərəcədə genişləndirilib, amma bu proses davam edir”.
Ölkəmizin coğrafi mövqeyi və mövcud infrastrukturu Aİ üçün bağlantı layihələrində cəlbedici hesab olunur
Tural Gəncəliyev: Prezident İlham Əliyev dünyanın ən nüfuzlu liderlərindən biri kimi qəbul olunur